Təftişçi siyasəti
The following page is a translation of global policy into Azerbaijani language. Please note that in the event of any differences in meaning or interpretation between the original English version of this document and a translation, the original English version takes precedence. This page has been developed and approved by the community and its compliance is mandatory for all projects. It must not be modified without prior community approval. |
Təftişçi statusu
CheckUser, checkuser icazəsi olan istifadəçilər üçün xüsusi interfeysdir. Bir vikilayihədə təftişçi statusuna malik istifadəçi, həmin vikilayihədə bir istifadəçinin, başqa bir istifadəçinin kuklası olub-olmadığını yoxlaya bilər. Təftişçilər aşağıdakıları edə bilər:
- Hesabın hansı IP ünvanlarından redaktə, qeydə alınmış fəaliyyət və ya Vikimedia vikisində parol sıfırlama sorğusu göndərdiyini müəyyənləşdirmək;
- Vikimedia vikisində spesifik IP ünvanından (hesabla daxil olmuş istifadəçilər də daxil olmaqla) həyata keçirilən bütün redaktələri, qeydə alınmış fəaliyyətləri, giriş cəhdlərini və parol sıfırlamalarını müəyyən etmək;
- Yoxlanılan hesabın MediaWiki interfeysindən istifadə edərək hər hansı digər istifadəçiyə e-poçt göndərib-göndərmədiyini müəyyənləşdirmək. Fəaliyyətin vaxtı qeyd olunur; təyinat e-poçt ünvanı və təyinat hesabı isə gizlədilir.
Bu məlumat yalnız qısa müddət ərzində (hal-hazırda 90 gün) saxlanılır, ona görə də ondan əvvəl edilən redaktələr CheckUser aləti vasitəsilə göstərilməyəcək. Alətdən istifadə edənləri qeyd edən jurnal mövcuddur. Bu jurnal checkuser-log icazəsi olanlar üçün əlçatandır:
İstifadə təlimatı üçün baxın: Help:CheckUser
Alətdən istifadə
Alət vandalizm, spam ilə mübarizə, kukla istifadəsini yoxlamaq və layihədəki pozucu fəaliyyətləri dayandırmaq üçün istifadə edilməlidir. O, yalnız Vikimedia layihələrinə verilə biləcək zərərlərin qarşısını almaq üçün istifadə edilməlidir.
Alət siyasi nəzarət, redaktorlara təzyiq göstərmək və ya məzmun mübahisəsində başqa redaktora qarşı təhdid kimi istifadə edilməməlidir. İstifadəçini araşdırmaq üçün CheckUser alətlərindən istifadə etmək üçün əsaslı səbəb olmalıdır. Nəzərə alın ki, alternativ hesablar, siyasətləri pozmaqla istifadə edilmədiyi müddətcə qadağan edilmir (pozuntulara iki dəfə səs vermək, hər hansı bir mövqeyə dəstəyin artırılması və ya bloklardan və ya qadağalardan yayınmaq daxildir).
Yoxlanılan hesaba məlumat verməyə icazə verilir, lakin bu məcburi deyil. Eynilə, yoxlamanın icmaya bildirilməsi məcburi deyil, lakin məxfilik siyasətinin müddəalarına uyğun olaraq həyata keçirilə bilər.
Bəzi vikilər redaktorun IP-lərinin onların sorğusu əsasında yoxlanılmasına icazə verir, əgər məsələn, kukla iddiasına qarşı təqsirsizlik sübutu təqdim etmək lazımdırsa. Lakin nəzərə alın ki, bu şəraitdə CheckUser tələb etmək bəzən pozuntu cəhdinin bir hissəsidir.
Gizlilik siyasəti
Vikimedia layihələrində məxfilik siyasəti çox böyük əhəmiyyət kəsb edir. Əgər kimsə öz hərəkətləri ilə siyasəti pozmursa (məs. kütləvi bot vandalizmi və ya spam) və onlar haqqında məlumatın açıqlanması pozuntunu dayandırmaq üçün zəruri deyilsə, layihədə bu məlumatı özləri açıqlamayıblarsa, onların IP-lərini, harada olduqlarını və ya onları müəyyən etmək üçün kifayət edən digər məlumatları açıqlamaq məxfilik siyasətinin pozulmasıdır.
Məlumatların açıqlanması
İstifadəçi sui-istifadə ilə məşğul olsa belə, şəxsi məlumatı açıqlamamaq daha yaxşıdır.
- Ümumiyyətlə, IP-ləri açıqlamayın. Yalnız eyni şəbəkədir/deyil kimi məlumatlar verin. Əgər təfərrüatlı məlumat verilirsə, onu verəcəyiniz şəxsin etibarlı şəxs olduğundan əmin olun və onu özü açıqlamasın.
- Əgər istifadəçi haradansa olduğunu deyirsə və :P bunu təsdiqləyirsə, bu, şəxsi məlumatın yayımlanması hesab olunmur.
- Hər hansı bir şübhəniz varsa, heç bir detal verməyin.
Hüququn verilməsi
CheckUser hüququ üçün təsdiqlənmiş namizədlər bu cür hüquqlar verilməzdən əvvəl ictimai olmayan şəxsi məlumatlara giriş siyasətinə uyğun olaraq ictimai olmayan məlumat üçün konfidensiallıq razılaşmasını imzalamalıdırlar. |
Yalnız stüardlar, ombudsmanlar, Vikimedia Fondunun bəzi əməkdaşları və çox az sayda digər istifadəçilərə CheckUser hüququ verilir. İstifadəçilər yalnız lokal olaraq CheckUser statusuna malik ola bilərlər (ombudsmanlar və giriş hüququ olan əməkdaşlar istisna olmaqla).
Layihədə lokal təftişçilər varsa, yoxlamalar əsasən onlar tərəfindən aparılmalıdır. Fövqəladə hallarda və ya çox layihəli təftişçi yoxlamaları üçün (vikilərarası vandalizm halında olduğu kimi) stüardlar lokal yoxlamalar həyata keçirə bilər. Stüardlar yoxlamalar başa çatdıqdan sonra layihələrdəki öz təftişçi hüquqlarını ləğv etməli və lokal təftişçilərə və ya təftişçi e-poçt siyahısına məlumat verməlidirlər.
Əgər layihədə lokal təftişçi yoxdursa, yoxlamaları yerinə yetirmək üçün stüardlara sorğu göndərilməlidir (məsələn, "UserX UserY-nin kuklasıdır?"). Bunun üçün sadəcə olaraq sorğunu Steward requests/Checkuser səhifəsinə edin və yoxlanışın nə üçün lazım olduğunu izah edin (linklərlə). Sorğunun vəziyyətindən asılı olaraq, stüard onu rədd edə bilər, əlavə məlumat istəyə bilər və ya sözügedən istifadəçilərin eyni IP-yə, eyni proksiyə, eyni şəbəkəyə, eyni ölkəyə malik olma ehtimalı və ya tamamilə əlaqəsiz olma ehtimalı barədə cavab verə bilər (stüardın redaktora daha dəqiq deyəcəyi müzakirəyə baxın).
Lokal təftişçilərin təyin edilməsi
İstənilən vikidə ya təftişçi statusu olan ən azı iki istifadəçi olmalıdır ya da heç olmamalıdır. Bu ona görədir ki, onlar öz fəaliyyətlərini qarşılıqlı şəkildə idarə edə və təsdiq edə bilsinlər. Vikidə yalnız bir təftişçi qaldıqda (yalnız digəri istefaya çıxdıqda və ya hüququ alındıqda), icma dərhal yeni təftişçi təyin etməlidir (ki, təftişçi sayı yenə ən azı iki olsun).
Üzvləri lokal icmanın ən azı 25-30 üzvünün dəstəyi ilə seçilmiş Arbitraj Komitəsi (ArbKom) olan vikilərdə təftişçi birbaşa Arbitrlar tərəfindən təyin edilə bilər. Razılaşdıqdan sonra Komitə üzvü namizədi Steward requests/Permissions bölməsində qeyd etməlidir.
Yuxarıdakı meyara cavab verən Arbitraj Komitəsi olmayan vikidə və ya müstəqil seçkilərə üstünlük verilən layihədə icma konsensus əsasında lokal təftişçi (lokal təftişçi sayılmayan stüardlar) seçə bilər. Namizəd lokal icma daxilində təftişçi statusuna namizəd olmalı və bu namizədliyi düzgün şəkildə elan etməlidir (kənd meydanı, mövcud olduqda poçt siyahısı, xüsusi sorğu səhifəsi və s.). Namizəd məxfilik siyasəti ilə tanış olmalıdır. Lokal icmada konsensus əldə etdikdən sonra (lehinə/əleyhinə səsvermədə ən azı 70%-80% və ya birdən çox namizəd olan seçkilərdə ən yüksək səs sayı) və ən azı 25-30 redaktorun dəstəyi ilə seçilmiş namizəd hüquq üçün icmanın qərar olan səhifəyə keçid verməklə Steward requests/Permissions səhifəsində müraciət etməlidir. Əgər vikidə ən azı iki təftişçi üçün kifayət qədər səs yoxdursa, bu vikidə təftişçi olmayacaq.
Poçt siyahısı
Bütün stüardların və təftişçilərin daxil ola biləcəyi qapalı poçt siyahısı (CheckUser-l) var. Giriş əldə etmək üçün siyahı moderatorlarına e-poçt göndərin. Dataların nə demək olduğuna əmin deyilsinizsə, kömək, fikir və ikinci rəy istəmək üçün bu poçt siyahısından istifadə edin.
IRC kanalı
IRC istifadə edən bütün stüardların və təftişçilərin daxil ola biləcəyi məxfi IRC kanalı (#wikimedia-checkuserqoşul) var. Bu kanal poçt siyahısı ilə eyni məqsədə xidmət edir, lakin real vaxt rejimində. Giriş əldə etmək üçün istənilən kanal üzvü ilə əlaqə saxlayın; kanal meneceri daimi giriş imkanı verəcək. Giriş əldə etmək üçün köməyə ehtiyacınız olub-olmadığını stüarddan soruşun.
Hüququn ləğv edilməsi
Bir ildən artıq müddət ərzində qeyri-aktiv olan təftişçi statuslu istənilən istifadəçi hesabının təftişçi hüququ alınacaq.
Alətdən sui-istifadə halında, stüard və ya təftişçi hüququna malik redaktorun hüququ dərhal alınacaq. Bu, xüsusən də ciddi səbəb olmadan redaktorlar üzərində müntəzəm olaraq yoxlamalar aparılarsa baş verə bilər (linklər və sui-istifadənin sübutları təqdim edilməlidir).
Təftişçidən sui-istifadə edilmə şübhələri həmin lokal viki tərəfindən müzakirə edilməlidir. Təsdiqlənmiş ArbKom olan vikilərdə komitə hüququn ləğvi barədə qərar verə bilər. Təsdiqlənmiş ArbKom olmayan vikilərdə icma hüququn ləğvinə səs verə bilər.
Təftişçi, İctimai olmayan məlumatlara giriş siyasəti və ya Məxfilik Siyasətinin pozulması ilə bağlı şikayətlər bütün Vikimedia layihələrində Ombudsman komissiyası tərəfindən baxılır.
Təftişçi hüququ olan istifadəçilər
- Edit (last updated: 2025-01-29)
Everywhere
- Stewards - upon request or their own initiative, stewards use it by briefly granting the right to themselves; this is logged.
- Some members of the Staff of the Wikimedia Foundation (see global group)
- Members of the Ombuds commission (see automatically generated list):
Arabic Wikipedia
Automatically generated checkusers list
Bengali Wikipedia
Automatically generated checkusers list
Local policy mandates that only users who gain at least 25 votes in favor and 80% support can be appointed (applications will open for no fewer than 30 days).
Catalan Wikipedia
Automatically generated checkusers list
Czech Wikipedia
Automatically generated checkusers list
Danish Wikipedia
Automatically generated checkusers list
Dutch Wikipedia
Automatically generated checkusers list
- Appointed by Arbcom
English Wikibooks
Automatically generated checkusers list
Local policy mandates that Stewards are explicitly allowed to process non-emergency CheckUser requests.
English Wikinews
Automatically generated checkusers list
English Wikipedia
Automatically generated checkusers list
- Alison
- AmandaNP
- Aoidh
- Barkeep49
- Blablubbs
- Bradv
- Cabayi
- Callanecc
- CaptainEek
- DatGuy
- Daniel
- Dreamy Jazz
- Drmies
- EdJohnston
- Elli
- Girth Summit
- Guerillero
- HJ Mitchell
- Ivanvector
- Izno
- Joe Roe
- Jpgordon
- KrakatoaKatie
- Ks0stm
- Liz
- Mailer diablo
- Materialscientist
- Mkdw
- Moneytrees
- Mz7
- NinjaRobotPirate
- Oshwah
- PhilKnight
- Ponyo
- Primefac
- Reaper Eternal
- RickinBaltimore
- Risker
- RoySmith
- SQL
- ST47
- Salvio giuliano
- ScottishFinnishRadish
- Sdrqaz
- Spicy
- Stwalkerster
- Theleekycauldron
- TheresNoTime
- ToBeFree
- Vanamonde93
- Versageek
- Worm That Turned
- Yamla
- Zzuuzz
- Z1720
English Wiktionary
Automatically generated checkusers list
Finnish Wikipedia
Automatically generated checkusers list
French Wikipedia
Automatically generated checkusers list
Under the local policy, CheckUsers are elected for six-month terms.
German Wikipedia
Automatically generated checkusers list
Under the local policy, CheckUsers are elected for one- or two-year terms.
Hebrew Wikipedia
Automatically generated checkusers list
Hungarian Wikipedia
Automatically generated checkusers list (requests and policy)
Indonesian Wikipedia
Automatically generated checkusers list
Italian Wikipedia
Automatically generated checkusers list
Japanese Wikipedia
Automatically generated checkusers list (policy)
Korean Wikipedia
Automatically generated checkusers list (policy and requests)
Malayalam Wikipedia
Automatically generated checkusers list (policy and requests)
Persian Wikipedia
Automatically generated checkusers list
Polish Wikipedia
Automatically generated checkusers list
Local policy allows for users to be elected with 25 votes in favor and 85% support..
Portuguese Wikipedia
Automatically generated checkusers list
Under the local policy, CheckUsers are elected for two-year terms.
Russian Wikipedia
Automatically generated checkusers list
- Appointed by ArbCom
Serbian Wikipedia
Automatically generated checkusers list
Simple English Wikipedia
Automatically generated checkusers list
Slovene Wikipedia
Automatically generated checkusers list
Spanish Wikipedia
Automatically generated checkusers list
Local policy mandates that only users who gain at least 30 votes in favor and 80% support can be appointed.
Swedish Wikipedia
Automatically generated checkusers list
Thai Wikipedia
Automatically generated checkusers list
Turkish Wikipedia
Automatically generated checkusers list
Ukrainian Wikipedia
Automatically generated checkusers list
- Appointed by ArbCom
Uzbek Wikipedia
Automatically generated checkusers list
Vietnamese Wikipedia
Automatically generated checkusers list
Wikimedia Commons
Automatically generated checkusers list · (information page and requests page)
Wikispecies
Automatically generated checkusers list
Meta
Automatically generated checkusers list · (information page and requests page)
Wikidata
Automatically generated checkusers list · (information page and requests page)
Həmçinin bax
- Məxfilik siyasəti
- Ombudsman komissiyası (məxfiliyin pozulması ilə bağlı şikayətlərə baxır)
- Təftişçi məlumatı və təftişçi statusu üçün müraciətlər
- Layihələrin lokal siyasətləri
- İstifadə təlimatı: Help:CheckUser
- [Foundation-l] CheckUser (thoughts), 22 aprel 2006-cı ildə Anther tərəfindən paylaşılıb, tarixi məlumat ehtiva edir