2023 Türk Vikimedia Konfransı
Türk Vikimedia Konfransı türkdilli Vikimedia layihələrindən olan Vikimediaçıların illik toplantısıdır. Konfransın məqsədi Vikimedia layihələrində çalışan bütün insanları bir araya gətirmək və yerli və qlobal səviyyədə layihələrin və Vikimedia Hərəkatının inkişafına dəstək verməkdir. Bu gün 200 milyondan çox insan türk dillərində danışır və danışanların coğrafiyası Türkiyə, Azərbaycan, İran, Orta Asiya, Çin və Rusiyanı birləşdirir. Bu əsasda türkdilli vikimediaçıların icmalarının inkişafı və dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir.
İlk Türk Vikimedia Konfransı 2012-ci ildə Qazaxıstanda baş tutub. 2022-ci ildə "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu türk icmaları üçün Vikidata haqqında ilk təlim keçirdi və orada Vikimedianın türk icması üçün illik konfransın davam etdirilməsi qərara alındı.
İkinci Türk Vikimedia Konfransı 20-22 oktyabr 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu və WMTR-nin ev sahibliyi ilə keçiriləcək.