Jump to content

Stewards/Elections 2013/Guidelines/az

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Stewards/Elections 2013/Guidelines and the translation is 75% complete.
Bu məlumat səhifəsi stüard seçkilərində namizədliyini irəli sürmək və ya səsvermədə iştirak etmək istəyən istifadəçilər üçün yaradılmışdır. Zəhmət olmasa, aşağıdakı bölmələrin hamısı ilə tanış olun.

Seçicilər

Səs vermək üçün sizdən aşağıdakılar tələb olunur:

  • Metada (vikinin bu bölməsində) istifadəçi adına sahib olmaq;
  • qlobal istifadəçi qeydiyyatına sahib olmaq (və ya Metadakı səhifənizdə sizin əsas vikinizdəki səhifənizə daxili keçid və həmçinin həmin vikidə Metaya daxili keçid);
  • öz istifadəçi qeydiyyatınızın bot məqsədləri (avtomatik işlər) üçün istifadə edilməməsi;
  • 2012-ci il noyabrın 1-nə qədər bir viki-bölmədə, yaxud vahid istifadəçi qeydiyyatına sahibsinizsə, ümumilikdə minimum 600 redaktə etmək;
  • 2012-ci il avqustun 1-dən 2013-ci il yanvarın 31-nə qədər minimum 50 redaktə etmək (bir viki-bölmədə, yaxud vahid istifadəçi qeydiyyatının cəmi redaktələri nəzərə alına bilər).

(Siz tələblərə uyğunluğunuzu avtomatik şəkildə yoxlaya bilərsiniz.)

Tərcüməçilər üçün

Zəhmət olmasa bu portala baxın.

Suggestions to participants

  • You can ask the candidates questions on Stewards/Elections 2013/Questions. Please post no more than 2 relevant questions per candidate, and keep them as short as possible.
  • You can add a short (at most one or two lines) statement explaining your vote. Long conversations (responses to the votes of others) may be moved to the talk page, with a note added so other participants know where to look for it.
  • As some users have disabled CentralNotice, you may also inform other users who might be interested in participate in the voting.

Namizədlər üçün

Tələblər

Lütfən, namizədliyinizi irəli sürməzdən əvvəl BÜTÜN mətni diqqətlə oxuyun. Əgər bütün tələblərə uyğun gəlmirsinizsə, avtomatik olaraq diskvalifikasiya olunacaqsınız.

Stüardlığa namizdəliyinizi irəli sürməzdən əvvəl, siz aşağıdakı tələblərə uyğun gəlməlisiniz:

(Siz tələblərə uyğunluğunuzu avtomatik şəkildə yoxlaya bilərsiniz.)

Bundan əlavə, stüard vəzifəsi hüquqi nəticələrə və hüquqi iştiraka səbəb ola biləcəyi üçün (bax. çekyuzeroversayt siyasəti), siz:

  • 18 yaşından kiçik olmamalı və səsvermənin sonuncu günündən əvvəl öz ölkənizdə yetkinlik yaşına çatmış olmalısınız;
  • öz tam adınız və şəxsiyyətinizi təsdiq edən sənəd haqqında Vikimedia Fonduna tam məlumatı təqdim etməlisiniz.

Stüardların çox dil bilməsi arzuolunandır, çünki onların işi çox vaxt digər dillərdəki layihələrlə əlaqəli olur, amma bu məcburi tələb deyil. Onlar həm də kifayət qədər ümumi əsaslarda əlçatan olmalıdırlar. Stüard siyasəti bəzi məhdudiyyətlər müəyyən edir, məsələn, maraqlar münaqişəsinin qarşısını almaq üçün stüardlar aktiv olduqları layihələrdə fəaliyyət göstərə bilməzlər və onlara məsləhət görülür ki, stüardlara müraciət səhifəsini izləsinlər və bu müraciətlərlə bağlı köməklik göstərsinlər. Onlar həmçinin freenode şəbəkəsindəki #wikimedia-stewardsqoşul IRC-kanalına qoşularaq oradakı müraciətlərə də cavab verə bilərlər.

Aktiv olmayan stüardların daxilolma hüququ ləğv ediləcək.

Şəxsiyyətinizi təsdiq edin