Jump to content

Türkdilli Vikimediaçılar üçün Vikidata Təlimləri 2022/Xəbərlər/16 İyul

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Wikidata Trainings For Turkic Wikimedians 2022/News/16 July and the translation is 100% complete.
Təqdimat üçün müraciət artıq açıqdır

Hamıya salam,

Türkdilli Vikimediyaçılar üçün Vikidata Təlimlərinin təşkilat komandası məmnuniyyətlə bildirir ki, 21-23 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutacaq olan konfransa təqdim etmək üçün müraciət forması, (https://w.wiki/5TFZ) artıq açıqdır. Təqdimatları 10 avqust 2022-ci il tarixinədək qəbul edəcəyik.

Konfransda üç dildə: ingilis, türk və rus dillərində, onlayn və ya əyani şəkildə müraciət edə və çıxış edə bilərsiniz. Sessiya təklifləri standartlaşdırılmış müddətlərlə 5 müxtəlif növdə təqdim edilə bilər. Sessiyanın əsas mövzusu Vikidata, inteqrasiya olunmuş məlumatlar, Data Imports, SPARQL və ya digər əlaqəli mövzularla əhatələnməlidir. Siz həmçinin Vikimedia layihələrinin və Vikimedia hərəkatının inkişafı ilə bağlı nailiyyətlərinizi və ya mövzularınızı təqdim edə bilərsiniz. Daha ətraflı məlumat üçün keçidi ziyarət edin - https://w.wiki/5TFZ.

Türk icmaları haqqında öyrənmək və cəmiyyətə daha çox məlumat vermək istərdik və ümid edirik ki, bu məqsədə çatmaqda bizə köməklik göstərəcəksiniz.

Hörmətlə, – Mehman 97 00:13, 16 July 2022 (UTC)[reply]