WMAZ/Turkic Wikimedia Conference 2023/Delegate selection
2023-cü il 20-22 oktyabr tarixləri arasıda "Türkdilli vikimediaçılar" istifadəçi qrupu Vikimedia Türkiyə ilə birlikdə Türkiyənin İstanbul şəhərində baş tutacaq olan ikinci Türk Vikimedia Konfransını təşkil edəcək.
Türk Vikimedia Konfransı vikimediaçıların və türk dillərində Vikimedia layihələrinin tərəfdarlarının illik toplantısıdır. Konfransın məqsədi Vikimedia layihələrində çalışan bütün insanları bir araya gətirmək, yerli və qlobal səviyyədə layihələrin və Vikimedia Hərəkatının inkişafına dəstək verməkdir.
Bütün türk mənsubları və icmaları öz nümayəndələrini konfransa göndərmək hüququna malikdirlər və bütün xərclər "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu tərəfindən qarşılanacaqdır. Buna görə də "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu öz nümayəndələrini seçməlidir. Bu səhifədə biz "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu nümayəndələrini seçəcəyik. Nümayəndələrin seçimini Türk Vikimedia Konfransının təşkilatçıları edəcəklər, çünki hazırda "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun idarə heyəti seçilməyib.
2 iyuldan 10 iyul tarixinə qədər Azərbaycan Vikimedia cəmiyyətinin üzvləri bu səhifədə öz namizədliyini təqdim edə bilərlər. 15 iyul tarixində konfrans təşkilatçıları son qərarı elan edəcəklər.
Azərbaycan Vikimedia icmasının konfransdakı nümayəndəsi olmaq üçün aşağıdakı meyarlara cavab verməlisiniz:
- Heç bir Vikimedia layihəsində bloklanmamalı və ya Vikimedia Fondu tərəfindən Vikimedia tədbirlərində iştirakınız məhdudlaşdırılmış olmamalısınız;
- 2022-ci il iyunun 30-dan 2023-cü il iyunun 30-dək Azərbaycanca Vikipediyada 2000-dən çox redaktə etmiş olmalısınız;
- 19-23 oktyabr tarixləri arasında xaricə səyahətə hazır olmalısınız;
- Ümumvətəndaş pasportunuz olmalı və onun etibarlılıq müddətinin sonuna ən azı 1 il qalmış olmalıdır.
Həmçinin Himayəçilər Şurasının düzgün qərar qəbul etməsi üçün aşağıdakı suallara cavab verməlisiniz:
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
- Konfransa hansı töhfəni verəcəksiniz?
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki cəmiyyəti ilə bölüşməyə hazırsınızmı?
Namizədlər
[edit]Moses
Özünüz haqqında qısa məlumat: Salam. Mənim adım Musadır. 2021-ci ildən Vikipediyada fəaliyyət göstərirəm. 10 minə yaxın redaktə və 200-dən çox məqalə yaratmışam. — Moses (talk) 21:03, 1 July 2023 (UTC)
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Digər türkdilli vikipediyaçılarla tanış olub viki layihələr haqqında müzakirə aparmaq istəyirəm.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Azərbaycan Vikimedianın inkişafı ilə əlaqədar müzakirə aparmaq istəyirəm. Digər ölkələrə nəzərən azvikimedia çox geridədir.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Hələ ki, fikirləşməmişəm, ancaq yəqin ki, bir-iki sualım ola bilər.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Təmənnasız bəli :).
Solavirum
Özünüz haqqında qısa məlumat: Salamlar. 2017-ci ildən bəri "Vikimedia Fondu"nun layihələrində fəaliyyət göstərirəm, 2021-ci ildən bəri Azərbaycanca Vikipediyada inzibatçıyam. 100,000-dən artıq redaktə sayı və çoxsaylı seçilmiş məzmuna görə məsul şəxsəm. 2022-ci ildə Azərbaycan Yay Vikidüşərgəsinin, həmçinin eyni ildə keçirilmişdir Vikimaniya Bakı görüşünün təşkilatçı komitəsinin üzvü olmuşam.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Türk Vikimedia Konfransı digər türkdilli həmkarlarımla şəbəkələşməyimə kömək olur. Keçən il keçirilən konfransda yeni vikipediyaçılar ilə tanış oldum, virtualda tanıdıqlarım ilə realda ünsiyyət qurdum, olduqca yeni və faydalı biliklər əldə etdim. Odur ki, konfrans iştirakçılarına öz maraqlarını bölüşən həmfikir vikipediyaçılar ilə əməkdaşlıq etmək üçün əla imkan yaradır. İştirakçılar müzakirələrdə fəal iştirak etməklə, təcrübə və fikir mübadiləsi aparmaqla türkdilli Vikimedia hərəkatının inkişafına daha təkmil formada töhfə vermək imkanına malikdirlər. Həmçinin, burada iştirakçıların bacarıq və biliklərinin artırılması məqsədilə təqdim edilən sessiyalar və prezentasiyalar, şübhəsiz ki, çox faydalı olmuşdu. Bu il keçiriləcək olan konfransdan eyni dərəcədə töhfə alacağıma əminəm.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Uzun illər fəaliyyət göstərən bir vikipediyaçı kimi öz təcrübəmi və fikirlərimi bölüşərək konfransa töhfə vermək imkanım var. Bu müddət ərzində gördüyüm işləri və icma kimi irəli sürdüyümüz yenilikləri təqdim etməklə, müzakirələrə qoşulmaqla və ya panellərin sual-cavab bölməsində fəal iştirak etməklə unikal perspektivlər təklif etmək və konfrans iştirakçılarının ümumi biliyini təkmilləşdirmək potensialına sahibəm. Konfransda iştirakım mənə öz icmamızı təmsil etməyə imkan verir. Mən fəaliyyətimiz, təşəbbüslərimiz və nailiyyətlərimiz haqqında məlumatlılığı artıra bilərəm. Odur ki, təcrübələrimizi, uğurlarımızı və problemlərimizi bölüşmək başqalarını ruhlandıracaq və istiqamətləndirəcək, əməkdaşlıq mühitini inkişaf etdirək.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Yuxarıda qeyd etdiklərim bu suala adekvat cavab verir deyə düşünürəm. Vikipediyadakı təcrübəmi, fəaliyyətimiz və qarşılaşdığımız problemləri həmkarlarımla bölüşməyə hazıram. Sessiyalarda fəal iştirak etməyim, şəbəkələşməyə meylli olmağım, düşünürəm ki, konfransın ümümi faydalılığına müsbət təsir göstərəcək.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Tamamilə. Keçən il iştirak etdiyim konfransda öyrəndiklərimi həm burada tətbiq etdim, həm də həmkarlar ilə bölüşdüm (həm real görüşlərdə, həm də Vikipediyadaxili müzakirələrdə). Bu il keçiriləcək olan konfransda əldə edəcəyəm bilik və təcrübəni Azərbaycandilli Vikipediya icması ilə bölüşməyə həvəsli yanaşıram və buna tam hazıram. Mən bilik mübadiləsinin zəruriliyini, onunla Azərbaycandilli Vikipediya icmasının inkişafını sürətləndirə biləcəyimdən əminəm.
En Merker
Özünüz haqqında qısa məlumat: Salam, İstifadəçi adım En Merker-dir, Digər təxəllüsüm Tarixi Nadir-dir. 2019-cu ildən başlayaraq "Vikimedia Fondu"nun layihələrində çalışıram. Ümumi "Vikimedia Fondu"nun layihələrində 50 mindən artıq redaktəyə malikəm. 2022-ci ildə "Wikidata Trainings For Turkic Wikimedians" tədbirində iştirak edərək zəngin təcrübə əldə etmişəm. Nəticədə 1 il ərzində "Wikidata"da redaktə saylarımı son bir ildə 600-dən, 6000 minə qədər artırmışam. Və hesab edirəm ki, bu yeni konfrans da istifadəçi kimi fəaliyyətimə müsbət təsir göstərə bilər. Həm burada, həm də əsas səhifədə Konfransda Azərbaycan Vikipediyasının nümayəndəsi olmaq üçün qoyulan bütün şərtləri nəzərə alaraq namizədliyimi irəli sürürəm. --En Merker (talk) 11:35, 3 July 2023 (UTC)
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Əvvəlki görüşdə olduğu kimi bu tədbirdə də kommunikativ əlaqələrimi davam etdirmək, son bir ildə əldə edilən yeniliklərlə canlı tanış olmaq istəyirəm. Əməkdaşlıq, təcrübə bölgüsü və fikir mübadiləsi aparmaqla Vikipediya haqda biliklərimi zənginləşdirib, həmçinin gələcəkdə türkdilli Vikimedia hərəkatının genişlənməsinə töhfə vermək istəyirəm. Ümid edirəm ki, bu konfrans mənə kiçik Türk dilli Vikipediyalar olan tıva, qaqauz, uyğur, krım tatarları nümayəndələri ilə canlı ünsiyyət qurmağa imkan verəcəkdir. Yeni əlaqələr mənə Azərbaycan dilli vikipediyada bu xalqlar haqda məqalələrin sayının artırılması və zənginləşdiriməsi istiqamətində yardımçı olacaqdır. Çünki vikiməqalələrin yaradılmasında bəzən ilkin mənbələrin məlumatlarına ehtiyac duyulur. Hesab edirəm ki, bu işdə onlar mənə kömək ola bilərlər.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Hesab edirəm ki, mən bu görüşdə iştirak etməklə, Türk dilli ölkələrin Vikipediya layihələrinin daha da sıx əməkdaşlığına töhvə verə bilərəm. İstər bu görüşün, istərsə də digər türk dilli ölkələrin ortaq layihələrinin azərbaycan dilinə tərcüməsi və yerləşdirilməsində, o cümlədən icmanın təqdim etdiyi yeniliklərlə tanış ola bilərəm. Bu konfransda təqdim edilən, irəli sürülən gələcək layihələrə dəstəyimi verə bilərəm. Həmçinin mən Türk Vikimedia Konfransında iştirakımın vacibliyini, keçən il əsası qoyulan sağlam əməkdaşlıq münasibətlərinin davam etdirilməsi üçün vacib sayıram.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Konfransda son bir ildə Türk dilli vikipediyalarda qarşılaşdığım problemləri qeyd edə bilərəm. Xüsusilə bəzi Türk dilli vikipediyalarda Azərbaycan haqda məqalələrdə qeyri-dəqiqlik və müəllif hüquqlarının pozulmasını göstərməklə konfransın fəaliyyətinin səmərəli yekunlaşmasına töhvə verə bilərəm. Konfransda təqdim edilən, bölüşülən yeni ideyaların, aparılan müzakirələrə aktiv qoşularaq, ümumi müzakirələrin nəticələrinin Azərbaycan vikipediyasında bölüşə bilərəm. Həmçinin, Türkdilli Vikipediyalar arası əlaqələrin daha da güclənməsi barədə fikirlərimi bölüşə və mövcud problemlərə həsr edilmiş Təqdimat təqdim etmək fikrindəyəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Zatən konfransa qoşulmağımın əsas məqsədi konfrans zamanı əldə etdiyim bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməkdir. Konfrans zamanı nəinki, əldə etdiyim bilik və təcrübəni, o cümlədən problemləri onlardan çıxış yollarını, nəzərdə tutulan gələcək layihələr haqda fikirləri öz viki icmamız ilə bölüşməyi əsas məqsəd kimi görürəm.
Qızılbaş
Özünüz haqqında qısa məlumat: Adım Qızılbaşdır. 2014-cü ildən aktiv şəkildə vikipediyada fəaliyyət göstərirəm. Ən çox redaktə edənlərdən biri olmaqla yanaşı, ən çox yaxşı və seçilmiş məqaləsi olan istifadəçilərdənəm, bəlkə də birincisiyəm. Fəaliyyətimi daha da yaxşılaşdırmaq və davam etdirmək istəyirəm. Bu arada, Türk marafonu 2020 qalibi olmuşam. Bu qədər kifayətdir, zənnimcə.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Türkdilli digər vikipediyalardan çox istifadə edirəm, (azvikipediya qədər olmasa da, türkcə vikipediyada da fəaliyyət göstərirəm) buna görə də, o vikipediyalardakı aktiv istifadəçilərin çoxunu nick ilə tanıyıram. Türk Vikimedia Konfransında iştirak şəxsən tanış olmaq və fikir mübadiləsi etməyi çox sevərdim.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Yuxarıda da qeyd etdiyim kimi digər türkdilli vikipediyaları yaxından izlədiyim üçün o vikipediyalardakı aktiv üzvlərlə görüşüb, hər iki tərəfi maraqlandıran məsələləri müzakirə etmək istərdim. Müzakirə dediyim zaman, məsələn ortaq şəxslərə, tarixi hadisələrə (Azərbaycanda mühüm fəaliyyəti olan digər tükr ölkəsindən olan şəxsləri, XX əsrin I yarısında ümümrusiya fəaliyyəti olan şəxsləri, hadisələri və s.) vurğu edilməsi, informasiya mübadiləsi edilməsini təşkil edə bilərik. Yəni, Kriçinkilər və ya Krım tatarlarının (və digərlərinin) Azərbaycandakı fəaliyyətlərinin öz vətənlərində də yaxşı vikipediya səhifələrinin yaradılması ümümtürk işinə yalnız töhvə verər. Buna görə də, özümün orada iştirakını lazımlı bilirəm.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Hal-hazırda əlimdə Azərbaycanda fəaliyyət göstərmiş başqırdlara, tatarlara (Kazan və Krım), Anadolu türklərinə dair yaxşı materiallar vardır. Təəssüfki bu məlumatlar onların öz vikipediyasında öz əksini tapmamışdır. Töhfə verməyə məhz elə burdan başlayacam.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Hazıram.
Canmron
Özünüz haqqında qısa məlumat: Salam. Mən 2019-cu ildən Vikipediyada fəaliyyət göstərirəm. Bu müddət ərzində azərbaycanca və türkcə bir çox məqalələr yaratmış və redaktelər etmişəm. Hazrıda daha çox Azərbaycanın mədəniyyəti və tarixi ilə bağlı türkcə məqalələr yaradıram və redaktə edirəm.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Türk Vikimedia Konfransı Vikimedia ictimaiyyətinin öz təcrübələrini bölüşmək, yeni ideyalar kəşf etmək və əməkdaşlıq qurmaq üçün bir araya gələ biləcəyi mühüm tədbirdir. Konfrans Vikimedia icmasının digər üzvləri ilə görüşmək və onlarla əlaqə saxlamaq imkanı verir. Ümid edirəm ki, bu əlaqələr gələcək layihələr və əməkdaşlıqlar üçün daha effektiv töhfə verə bilər. Bu yolla mən Wikimedia icması ilə daha güclü əlaqə qura və daha effektiv töhfə verə bilərəm.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Yuxarıda qeyd etdikərimə əlavə olaraq iştirak etməklə məlumat mübadiləsi, əməkdaşlıq və motivasiyanın artırılması kimi mühüm imkanlardan yararlanmağı hədəfləyirəm. Konfranslar iştirakçıları ruhlandıran çıxışlar, təqdimatlar daxildir. Vikimedia cəmiyyətində başqalarından uğur hekayələrini eşitmək mənim yeni layihələr üçün motivasiyamı artırır və özümü təkmilləşdirməyə ruhlandırır. Eyni zamanda konfransın enerjisi və iştirakçıların həvəsi mənim Vikimedia hərəkatına bağlılığımı gücləndirir.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Türk Wikimedia Konfransında mən türkdilli icmalar arasında dil və mədəniyyət mübadiləsi, əməkdaşlıqlar, ünsiyyət və şəbəkələşməyə diqqət yetirərək digər türkdilli icmalarla daha güclü əlaqələr qurmağı hədəfləyirəm. Bu yolla biz türkdilli Vikimedia layihələrinin qarşılıqlı əlaqəsini və böyüməsini dəstəkləyə, ümumi məqsədlərimizə daha yaxşı nail ola, türkdilli icmalar arasında həmrəyliyi artıra biləcəyimizi düşünürəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Türk Vikimedia Konfransında əldə etdiyim bilik və təcrübəmi Azərbaycan viki ictimaiyyəti ilə bölüşməkdən böyük məmnunluq duyardım. İnanıram ki, bilik paylaşılan zaman dəyər qazanır və buna görə də öz bilik və təcrübəmi digər icma üzvləri ilə bölüşməyə hazıram.
Rəcəb Yaxşı
- Özünüz haqqında qısa məlumat
Xoş gördük. 2017-ci ildən "Vikimedia Fondu"nun müxtəlif layihələrində fəaliyyət göstərmişəm.
Azərbaycanca, türkcə, ingiliscə və rusca vikipediyadalarda yüzlərlə məqalə yaratmışam (aralarında bəziləri "Seçilmiş" və "Yaxşı məqalələr"-dir), Vikianbara minlərlə şəkil yükləmişəm. Və hazırda da bu fəaliyyətlərim davam edir.
"Viki Abidələri Sevir 2021" müsabiqəsində qalib seçilmiş 10 şəkildən altısının, "Viki Abidələri Sevir 2022" müsabiqəsində isə qalib seçilmiş 10 şəkildən dördünü mən çəkmişəm. Və müxtəlif mövzulu aylarda iştirak etmişəm.
Onlarla könüllüyə "Vikipediya" haqqında təlimlər keçmişəm, onlara Vikipediyanın iş prinsiplərini və məqalə yazmağı öyrətmişəm. Hazırda onların arasında bu işi davam etdirənlər də var.
İstifadəçi adım Rəcəb Yaxşı-dır.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Digər türk dövlət və cəmiyyətlərinin tarixləri, yaşayışları və mədəniyyətləri mənə həmişə maraqlı olub. Fəaliyyət göstərdiyim 2017-ci ildən bəri müxtəlif türk cəmiyyətlərinin tarixləri, abidələri və mədəniyyətləri ilə bağlı dilimizdə məqalələr yaratmışam və buna davam edirəm. Səfər etdiyim bölgələrdə türk tarixinə və mədəniyyətinə aid olan abidələrin şəkillərini çəkib Vikianbara yükləyirəm.
Keçən il keçirilmiş Birinci Türk Vikimedia Konfransında iştirak etmişəm. Tədbirin nə qədər dəyərli və faydalı olduğuna birbaşa təcrübədə əmin olmuşam. Digər türk vikipediyalarında fəaliyyət göstərən istifadəçilərlə tanış olmuşam. Onları təkrar görmək və yenilikləri öyrənmək üçün konfransda yenidən iştirak etmək istəyirəm.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Keçən il baş tutmuş semianr və çıxışlarda "Vikiverilənlər" haqqında çox dəyərli biliklər əldə etdim və geri qayıtdıqdan sonra onlardan geniş istifadə etməyə başladım. İnanıram ki növbəti konfransda da iştirak etsəm yeni biliklər əldə edəcəyəm və onları Vikimedia fondunun bir çox layihələrində tətbiq edə biləcəm.
Bundan başqa digər türk dillərində fəaliyyət göstərən və nisbətən az məqaləsi və ya istifadəçi sayı az olan vikipediya layihələrinə də kömək etməyə hazıram.
- Konfransa hansı töhfəni verəcəksiniz?
İştirakçı kimi bütün seminar və görüşlərdə iştirak edəcəyimə və ölkəmi yaxşı təmsil edəcəyimə əminəm. Konfransın təşkilində də hər hansısa bir köməyə ehtiyac olsa buna hazıram.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Əlbəttə ki hazıram. Hətta lazım olsa bununla bağlı digər istifadəçilərə təlimlər də keçə bilərəm.
Gunay M.E.
- Özünüz haqqında qısa məlumat
Salamlar. Mən, Gunay Nəciyeva 2015-ci ildən Vikipediyada fəaliyyət göstərirəm. İstifadəçi adım Gunay M.E.-dır. Youtube video portalı üçün Vikipediya ilə bağlı 6 video dərsin müəllifiyəm. Tərəfindən təlimlərin keçirilməsi üçün elektron Vikipediya dərslik hazırlanıb. 2018-ci il, 2-3 iyun tarixlərində Quba rayonunda "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən "Azərbaycandilli Vikipediya könüllülərinin Bahar düşərgəsi" layihəsinin iştirakçısı olmuşam. 2019-cu il, 13-14 iyul tarixlərində “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyi tərəfindən Sumqayıt Texnologiyalar Parkının dəstəyi ilə Şamaxı şəhərində təşkil edilən Vikipediyaçıların yay düşərgəsində iştirak etmişəm. Bu yay düşərgəsində həyat yoldaşım Elnur Nəciyev ilə birlikdə “Vikipediyanı necə təqdim və təbliğ etməli” mövzusunda məruzə ilə çıxış etmişəm. 2019-cu il, 10-13 avqust tarixlərində ProDemos İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarıına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Nabranda təşkil edilən "WikiCamp 2019" gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi təlimlərində iştirak etmişəm. 2022-ci ildə isə “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin “Vikipediya Şuşanı Sevir” layihəsi çərçivəsində 24-25 sentyabr tarixlərində Sumqayıt şəhərində təşkil edilən düşərgənin də iştirakçısı olmuşam. Vikipediyanın təbliği üçün Azərbaycanın müxtəlif televiziya kanallarında verlişlərdə iştirak edib müsahibələr vermişəm. Müxtəlif təsisatlardan olan 100-dən çox şəxsə vikipediya üzrə təlimlər keçmişəm. Hazırda da təlim keçməyə davam edirəm.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Digər türkdilli vikipediyaçılarla tanış olmaq, həm onların təcrübəsi barədə məlumat əldə etmək, həm də bu istiqamətdə öz təcrübələrimi onlarla paylaşmaq istəyirəm.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Mən Vikimedia fondunun müxtəlif layihələri, o cümlədən də Vikipediya üzrə oflayn fəaliyyətin necə inkişaf etdirilməsi barədə həm biliklərimi, həm də təcrübələrimi paylaşmaq istəyirəm. Vikipediya ilə bağlı hazırladığım dərslik və vikipediya üzrə dərs videoları bu istiqamətdə fəaliyyətimə örnək ola bilər. Əlavə olaraq da keçirilmiş Vikidüşərgələr və onların nəticələri ilə bağlı Vikimedia fondunun müvafiq layihələrində təbliğat işinin təşkili istiqamətində iştirakçılarla təcrübə mübadiləsi edə bilərəm.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Daha öncə də qeyd etdiyim kimi Vikipediyada həm aktiv istifadəçi, həm də Vikipediya üzrə təlimlər keçən bir şəxs kimi konfrans çərçivəsində keçirilən görüşlərdə həm təcrübələrimi paylaşa, həm də bu istiqamətdə müəyyən təkliflər verə bilərəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Bu tədbirə qədər də Vikipediya üzrə əldə etdiyim bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə paylaşmışam, bu tədbir çərçivəsində də əldə edəcəyim bütün bilik və təcrübələri təmənnasız olaraq paylaşmağa hər daim hazıram.
Firuze Nesibli
- Özünüz haqqında qısa məlumat
Salamlar. Mən, Firuzə Nəsibli, 2012-ci ildən Vikimedia platformasında fəaliyyət göstərirəm. İstifadəçi adım Firuze Nesibli-dir. Hazırda avtopatrulam və əsasən Azərbaycan və ingilis dilli vikipediyada "extendedconfirmed user" kimi məqalələr yazmaqla töhfə verməyə çalışıram. Bir neçə yaxşı və seçilmiş məqalə hazırlamışam. Son bir neçə ildə daha çox hüquq üzrə məqalələr yazıram; bura Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq sənədlər haqqında məqalələr də daxildir. Vikipediyada hüquq sahəsi üzrə məqalələrin yerləşdirilməsinin texniki və nəzəri tərəfləri mövzusunda hüquqşünaslar üçün keçirilən təlimdə təlimçi kimi çıxış etmişəm. Həmçinin, 12-13 avqust 2017-ci il tarixlərində İlisuda keçirilmiş ilk "Vikidüşərgə"-nin iştirakçılarından biriyəm.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Vikipediyada uzun müddətdir fəaliyyət göstərməyimə baxmayaraq, bu vaxtadək bu istiqamətdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirak etməmişəm. Lakin hesab edirəm ki, aktiv vikipediyaçıların bu platformanı fərqli baxış bucağından izləməyə və fikir mübadiləsi aparmağa ehtiyacı var. Sözügedən konfrans türk xalqlarının vikipediyaçılarını bir araya gətirəcəyinə görə, bu, mənim üçün xüsusilə əhəmiyyətli və dəyərli olacaqdır.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Konfransda iştirak etməklə çoxsaylı türk xalqlarının nümayəndələrini ilk dəfə bir arada görmək, onlarla ünsiyyət qurmaq, Vikipediyada qarşılaşdığımız çətinlikləri müzakirə etmək və seminarlarda yeni biliklər əldə etmək imkanı qazanacağımı düşünürəm. Bu təcrübə, çox güman ki, sonrakı fəaliyyətimdə də müsbət istiqamətdə öz əksini tapacaq.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Konfransın gedişatında keçirilməsi nəzərdə tutulan bütün görüşlərdə iştirak edərək təcrübələrimi paylaşa və əlimdən gələn köməkliyi göstərə bilərəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Şübhəsiz ki, öyrəndiklərimi paylaşmağa hər zaman hazıram.
Xayala Mammadli
- Özünüz haqqında qısa məlumat
Salam. Mən Xayala Mammadli yəm. 2019-cu ildən başlayaraq vikipediyada fəaliyyət göstərirəm. "Vikimedia Fondu"nun bir çox layihələrində 20 mindən çox redaktəm vardır. Hər sahədə; istər texniki, istərsə də humanitar istiqamətlər üzrə məqalələr yaradıb, redaktə edirəm. Viki Qafqazı Sevir 2021-in qaliblərindən biriyəm, son iki ildə keçirilən bütün mövzulu aylarda iştirak etmişəm. 500-ə yaxın məqalə yaratmış, bir o qədər də məqaləni əsaslı redaktə etmişəm. Azərbaycanın və dünyanın tanınmış qadın şəxsiyyətləri, mütəxəssisləri və rol modelləri haqqında vikipediyaya məlumat yerləşdirmək üçün həyata keçirilən "Wiki GAP Bakı" 2023 layihəsinin təlimçilərindən biri olmuşam.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Türkdilli dövlətlər haqqında xeyli sayda məqalələr işləmiş istfadəçi olaraq, təbii ki, onlarla canlı tanışlıq, əməkdaşlıq, onların vikipediya təcrübələrindən faydalanmaq, öz təcrübəmi bölüşmək gələcək fəaliyyətim üçün çox önəmlidir. Vikipediya fəaliyyətimdə Türkdilli ölkələr barədə məqalələr yaratmağa üstünlük verdiyimdən bu tədbirdə iştirak edib, bu ölkələrin Vikipediya nümayəndələri ilə canlı ünsiyyət qurmaq niyyətindəyəm. Fəliyyətimdə Türkdilli dövlətlər və xalqların qadınlar haqda məqalələri daha da çoxaltmağı düşündüyümdən, bu tədbirdə iştirak edəcək qadın nümayəndələr ilə fikir mübadiləsi aparıb, müzakirələrə qoşulmaq istəyirəm.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Vikipediya sahəsində baş verən yeniliklər, yeni funksiyalar haqda məlumat almaq üçün konfransda iştirak etmək istəyirəm. Türkdilli dövlətlərin nümayəndələri ilə canlı ünsiyyət və fikir mübadiləsi aparmaq konfrans zamanı əldə etdiyim bilik və bacarıqları daha da möhkəmləndirə bilər.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Konfrans zamanı baş tutan müzakirələrdə aktiv iştirak etmək və məni maraqlandıran sualları vemək istəyirəm. Konfransın nəticələri və orada müzakirə edilən məslələr haqda sosial şəbəkələrdə və Azərbaycan Vikipediyasında bölüşəcəyəm. Türkdilli dövlətlərin nümayəndəyləri ilə canlı ünsiyyət vasitəsilə, onları maraqlandıran mövzular barədə müzakirələr apara bilərəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Sözsüz ki,təmannasız və qarşılıqsız olaraq kütləvi və fərdi təlimlərdə əldə etdiyim bilikləri bölüşməyə hazıram.
Atakhanli
- Özünüz haqqında qısa məlumat
Salam, mən Nihad Ataxanlı. 2 ildir ki, vikipediyadayam və aktiv istifadəçisiyəm. Yenilikcə azərbaycanca vikipediyanın inzibatçısı seçildim. Vikipediyadan əlavə vikidatada və vikisitatda fəaliyyət göstərirəm. Ümumi redaktə sayım 59,000+ ; azərbaycanca vikipediyada 47,000+; vikidatada 9,300+ təşkil edir. en-vikidə extendedconfirmed, tr-vikidə autoreview, az-wikiquote-də autopatrolled-əm. patrul kimi və vandalizmə qarşı mübarizədə olduqca aktivəm deyə bilərəm, 28,000+ patrullama sayı, 5000+ rollback.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Mən bir neçə səbəbə görə Türk Vikimedia Konfransında iştirak etmək həvəsindəyəm. İlk növbədə, bu, mənim üçün türkdilli icmanın hər yerindən olan Vikimedia həvəskarları ilə əlaqə qurmaq üçün unikal fürsət təqdim edir. Konfransda iştirak etməklə mən Vikimedia Hərəkatı haqqında biliklərimi genişləndirə və bu yöndə həyata keçirilən qlobal layihələr və təşəbbüslər haqqında məlumat əldə edə bilərəm.
Bundan əlavə, Azərbaycanda yerli Vikipediya layihələrinin fəal iştirakçısı və təşkilində rol alan könüllü istifadəçi kimi, mən əməkdaşlığın və bilik mübadiləsinin gücünə çox inanıram. Türk Vikimedia Konfransı mənə başqalarının təcrübələrini öyrənməyə, fikir mübadiləsi aparmağa və Vikimedia layihələrimizin keyfiyyətini və əhatəsini artırmaq üçün innovativ yanaşmalar kəşf etməyə imkan verəcək.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Türk Vikimedia Konfransında iştirakım mənim üçün xüsusilə Azərbaycan Vikimedia icmasını təmsil etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Mən Türk və Azərbaycan Vikimedia icmaları arasında daha güclü əlaqələri gücləndirməyi hədəfləyirəm. Konfransda iştirak etməklə mən fərqi aradan qaldıra və Vikimedia Hərəkatında kollektiv təsirimizi möhkəmləndirərək bu iki icma arasında əməkdaşlıq səylərini gücləndirə bilərəm.
Bundan əlavə, konfransda iştirakım həmkarlarım ilə səmərəli müzakirələrə və əməkdaşlığa gətirib çıxara bilər ki, nəticədə bizim xüsusi ehtiyaclarımızı qarşılamaq və Azərbaycan Vikimedia layihələrini qlobal miqyasda daha da yüksəltmək üçün uyğunlaşdırılmış strategiyalar əldə edə bilərik.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Müzakirələrdə, seminarlarda və əməkdaşlıq sessiyalarında fəal iştirak etməklə konfransa öz töhfəmi vermək niyyətindəyəm, şəxsi təcrübələrimi paylaşmağa və icma quruculuğuna açığam və müxtəlif Vikimedia qrupları arasında əməkdaşlığın təşviqində kömək edə bilərəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Mütləq! Mən cəmiyyətlərimizin yaxşılaşdırılması üçün bilik və təcrübə mübadiləsinin gücünə qəti şəkildə inanıram. Türk Vikimedia Konfransından qayıtdıqdan sonra mən əldə etdiyim bilikləri, fikirləri və ən yaxşı təcrübələri Azərbaycan viki icması ilə bölüşməyə qərarlıyam. Ümumiyyətlə, konfransda uğurlu strategiyaların və innovativ yanaşmaların Azərbaycan Vikimedia layihələrinə tətbiqi və aktuallığına xüsusi diqqət yetirəcəyəm. Öz icmamızla fikir mübadiləsi aparmaq inkişaf üçün faydalıdır. Atakhanli (talk) 23:19, 9 July 2023 (UTC)
Scherbatsky12
- Özünüz haqqında qısa məlumat
Salam, mən Scherbatsky12. Artıq 5 ildir ki, azərbaycanca vikipediyada fəaliyyət göstərirəm. Bu müddət ərzində qadın hüquqları, görkəmli qadın şəxsiyyətlər, siyasi və incəsənət/memarlıq tarixi ilə bağlı məqalələr hazırlamaqdayam. Hazırladığım məqalələr içərisində status almış məqalələr mövcud olmaqla birlikdə, ümumilikdə minlərlə redaktə etmişəm. Üzərində işləyib hazırladıqlarım içərisində portal da vardır.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
İlk öncə fikrimcə bu konfrans müxtəlif sahələrdən, təcrübə səviyyələrindən və maraq dairələrindən olan türkdilli insanlarla tanış olmaq imkanı yaradacaq. Digər tərəfdən konfransda iştirak etməklə mövcud Vikipedia proyektləri haqqında məlumat almaq və konfrans iştirakçılarından aldığım təcrübələrlə vikipedia fəaliyyətimi inkişaf etdirmək istəyirəm. Bu konfrans mənə yeni perspektivlər verərək, motivasiyamı artırıb diqqətimi hədəflərimə yönəltməyə kömək edəcəkdir.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Düşünürəm ki, vikipediyada fəaliyyət göstərib, sadəcə redaktələr edib, məqalələr yaratmaqla kifayətlənmək doğru olmaz, eyni zamanda məqalələrindən faydalandığım digər türkdilli vikipediyanın redaktorları ilə görüşüb tanış olmaq da vacibdir. Məncə, məhz bunun üçün lazımlı şərait Türk Vikimedia Konfransında vardır.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Ən əsası başqa vikipediyalar ilə öz dilimizdəki vikipediya arasında əlaqələrin qurulmasına xüsusi önəm verəcəyəm. Fikir mübadilələri və əməkdaşlıq planlamaları ilə yanaşı, konfransda formalaşan əlaqələrin konfransın bitməsi ilə sonlanmamasına çalışacağam. Konfransda formalaşan əlaqələr daha sonralar da davam etdiyi halda, bu kofnransın əsl hədəfinə çata biləcəyini düşünməkdəyəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Əlbətdə, hazıram. Xüsusən vikipediyaya yeni gələnlərə konfransda öyrəndiklərimi verməyə xüsusi önəm verəcəyəm. Eyni zamanda, kənarda vikipediyada işləmək qaydalarını öyrətdiyim şəxslərlə də bu tücrübəni paylaşacağam. Lazım olacağı halda, təlimlərlə də bu təcrübəmi paylaşmağa hazıram.
Araz Yaquboglu
- Özünüz haqqında qısa məlumat
Salam, mənim istifadəçi adım Araz Yaqubogludur. 2010-cu ildən Azvikidə istifadəçi, 2013-cü ildən isə azərbaycanca vikipediyada inzibatçıyam. Hər gün vikipediyaya daxil olur, məqalələr yazır, kateqoriyalar yaradır və s. redaktələr edirəm. Xüsusən Vikidatada geniş fəaliyyət göstərirəm. Eyni zamanda Vikimənbə və Vikikitabda da inzibatçıyam. Vikimənbədə demək olar ki tək fəaliyyət göstərirəm. Artıq əsər sayı 10 000-i keçmişdir.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Türkdilli vikipediyaların vəziyyəti ilə maraqlanmaq, o dillərdə fəaliyyət göstərən vikipediyaçılarla tanış olmaq, əlaqəli fəaliyyət göstərmək istərdim. Bildiklərimi paylaşmaq, bildiklərindən öyrənmək istərdim.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Yuxarıda da qeyd etdiyim kimi, türkdilli vikipediyaçılarla görüşmək, onların mədəniyyətini, tarixini və s. azvikidə yayımlamaq, bizimkiləri isə onlar arasında təbliğ etmək.
- Konfransa hansı töhfəni verəcəksiniz?
13 illik praktikamdan irəli gələn bəzi məsələləri onlara öyrətmək istərdim. Eyni zamanda azviki haqqında da oradakı vikipediyaçılara ətraflı məlumat vermək fikrindəyəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Hər zaman müzakirələrdə aktiv olmuşam deyə, 100 % orada öyrəndiklərimi azviki istifadəçilərinə zamanla açıqlayacam.
Namikilisu
- Özünüz haqqında qısa məlumat
Mən, Mantaşov Namik 2013-cü ildən Vikipediyada aktiv fəaliyyət göstərirəm. İstifadəçi adım Namikilisu-dur. İndiyə kimi 769 məqalə yaratmışam, bir çox məqalə müsabiqəsində dəfələrlə 1,2, 3 və 4-cü yerlərə layiq görülmüşəm. 2017, 2018, 2019-cü illərdə "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən "Azərbaycandilli Vikipediya könüllülərinin yay düşərgəsi" layihəsinin iştirakçısı olmuşam. 2015-ci ildə Vikibahar 2015 mövzulu ayda 2 - ci yerə layiq görülərək 2015-ci ilin 30 iyun-1 avqustunda Makedoniyada keçirilən Vikidüşərgədə iştirak etmək hüququ qazanmışam. 2022-ci ilin oktyabrında Şimali Makedoniyada keçirilən "Wikimedia CEE Meeting" iştirak etmişəm [1]. Elə həmən ilin oktyabrında İstabulda keçirilan VikiData konfransında da iştirak etmişəmWikidata Istanbul Wikimedia CEE Meeting 2022. Qax rayonunda yaşadığıma görə, bölgədə vikipediyanın təbliği əlaqədar dəfələrlər təlim və görüşlər keçirmişəm.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Keçən il iştirak etdiyim Vikidata konfransı ilə müqayisədə Türk Vikimedia Konfransı daha geniş məsələləri əhatə edir və əməkdaşlıq baxımdan daha faydalıdır. O üzdən düşünürəm mənim iştirakım həm özümə həm digər iştirakçılar üçün daha faydalı olacaq.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Konfransda iştirakım ucqar bölgələrdə vikipediya və onunla bağlı digər layihələrin təbliği üçün bir stimul olacaq, fəaliyyətimi digər türk dilli vikipediyaçıların təcrübəsi üzərində quracağam.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Konfransda fəaliyyətimi öz peşəmə uyğun, müəllimlik fəaliyyətimi vikipediya ilə sinxron istifadə üsullarının izahı və müzakirəsi şəklində qurmaq istəyirəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Əldə olunan məlumat və bilikləri daha çox bölgələrdə vikipediyanın təbliğinə yönəltmək olacaq.
Nuray95
- Özünüz haqqında qısa məlumat
Salam, mən Nuray Tanrıverdiyeva 2018-ci ildən Vikipediyada fəaliyyət göstərirəm. İstifadəçi adım Nuray95-dir. Bugünə qədər 4426 məqalə yaratmışam. 2021-ci ildə Turkic Marathon 2021 1-ci yerə layiq görülmüşəm. 2022-ci ilin oktyabrında İstabulda keçirilən VikiData konfransında da iştirak etmişəm Wikidata Istanbul Wikimedia CEE Meeting 2022.
2018-ci ildən aktiv olaraq təlimlər keçərək Vikimedia Fondunu təbliğ edirəm.
- Türk Vikimedia Konfransında niyə iştirak etmək istəyirsiniz?
Keçən il iştirak etdiyim Vikidata konfransı mənə daha çox yeniliklər və fərqlilik qazandırdı. Konfransda izah olunan məsəslələri günümüzdə də tətbiq edirəm.
- Türk Vikimedia Konfransında iştirakınız nə üçün vacibdir?
Fikrimcə Vikipediyadan kənar da fəaliyyətin olması da zəruridir. Digər ölkələrin istifadəçiləri ilə tanış olaraq təcrübəmizi daha da təkminləşdirəcəyik.
- Konfransa hansı töhfəni verəcəksiniz?
Təcrübəm ilə bölüşərək , peşakarlara dəstək və kömək etmək istəyərəm.
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki ictimaiyyəti ilə bölüşməyə hazırsınızmı?
Əlbəttə hazıram. Bununla bağlı təlim də keçə bilərəm.
Qərar
[edit]Türk Vikimedia Konfransının təşkilatçıları "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu adından aşağıdakı şəxslərin Türk Vikimedia Konfransında iştirak etməsi barədə qərar qəbul edib:
Seçilmiş nümayəndələri təbrik edirik. Hörmətli @Firuze Nesibli: və @Atakhanli:, lütfən, iyulun 20-də qədər konfrans üçün qeydiyyatdan keçin. Qeydiyyat səhifəsində qeydiyyat ilə bağlı bütün təfərrüatları diqqətlə oxuyun.
Hörmətlə, Türk Vikimedia Konfransının təşkilatçıları adından --Mehman 14:09, 12 July 2023 (UTC)
- Salam, @Mehman:, etimadınız üçün təşəkkür edirəm! Bildirmək istərdim ki, qeydiyyat mərhələsini tamamlamışam.--Firuze Nesibli (talk) 02:36, 19 July 2023 (UTC)
- @Firuze Nesibli Salamlar! Səhv formanı doldurmusunuz. Qeydiyyat səhifəsinə qayıdın və Affiliate Delegates Registration Formformasını seçin. — Mehman 11:30, 20 July 2023 (UTC)