"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu/Görüşlər/Mart
Appearance
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun Mart ayı üçün nəzərdə tutulmuş görüşləri.
Zaman
- Uzaqdan (videokonfrans)
- 28 Mart, 2020.
- 16:00-18:00 yerli vaxtla.
İştirakçılar
Gündəmdə olan mövzular
- Laboratoriya
- Silinməyə namizəd səhifələr
- Səhifə silmə kriteriyaları və Ensiklopedik əhəmiyyətlilik qaydaları
- Növbəti görüş gününün təyini.
Görüşdən qeydlər
- Azərbaycanca vikipediyada məqalələrin status alması prosesində dəyişiklik edilməsi müzakirə olundu. Laboratoriya sisteminin ləğv olunması və daha sadə sistemin tərtib olunması təklifləri irəli sürüldü.
- Silinməyə namizəd səhifələrində son zamanlar baş verən qarışıqlıq müzakirə olundu. Həll yolu kimi Səhifə silmə kriteriyaları qaydalarına bəzi əlavələrin olunması təklif olundu.
- Ensiklopedik əhəmiyyətlilik qaydalarının qüvvəyə minməsi və hazır olmayan qaydaların tərtib olunması barədə müzakirə baş tutdu. Müzakirənin yekununa əsasən ilk olaraq Elm xadimləri haqqında olan ensiklopedik əhəmiyyətlilik qaydası vikipediya üzərində səsverməyə çıxarıldı.
- Növbəti görüşün 4 aprel 2020-ci il tarixində baş tutması planlandı.